AZ

Nazir: "Ermənistan Azərbaycanla kommunikasiyaların açılmasına fəal şəkildə hazırlaşır"

Ermənistan avqustun 8-də imzalanmış Vaşinqton Bəyannaməsinə uyğun olaraq Azərbaycanla nəqliyyat kommunikasiyalarının açılmasına fəal şəkildə hazırlaşır.

Moderator.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan “Armenpress”ə bildirib.

Onun sözlərinə görə, Ermənistan təkcə maraq göstərmir, həm də Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlığın qurulmasına hazırdır.

"Türkiyə, Ermənistan və Azərbaycan arasında iqtisadi əməkdaşlığa gəlincə, Ermənistan buna hazırdır və bunda maraqlıdır. Bu proqramın (TRIPP - "Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu" - red.) həyata keçirilməsinə və avqustun 8-də Vaşinqtonda Ermənistanın Baş naziri, Azərbaycan Prezidenti və ABŞ Prezidenti tərəfindən imzalanmış bəyannaməyə uyğun olaraq Azərbaycanla nəqliyyat kommunikasiyalarının açılmasına fəal şəkildə hazırlaşırıq", - nazir bildirib.

D.Xudatyan Ermənistan və Türkiyə arasında Gümrü-Qars dəmir yolu əlaqəsinin yenidən açılmasına hazır olduqlarını da vurğulayıb: "Biz bunu açıq şəkildə bəyan etmişik və hesab edirik ki, dəmir yolu əlaqəsinin açılması regional qarşılıqlı əlaqəni daha da gücləndirəcək".

Seçilən
6
5
moderator.az

6Mənbələr