AZ

İngiltərədə miqrant əleyhinə etirazlar

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İngiltərədə sığınacaq axtaran miqrantların yerləşdirildiyi 26 oteldə anti-miqrant aksiyaları elan olunub.

Modern.az “Independent”ə istinadla xəbər verir ki, aksiyaların İngiltərənin müxtəlif şəhərlərində həftəsonu keçirilməsi planlaşdırılıb.

Bu gün İngiltərənin Portsmut şəhərində keçirilən aksiyada anti-immiqrasiya tərəfdarları ilə əks-etirazçılar üz-üzə gəlib. Polis iki qrup arasında məsafə saxlanmasını təmin edib. Anti-immiqrant qrup “Onları evlərinə göndərin” şüarı səsləndirərkən, əks-etirazçılar “Qaçqınlar burada xoş qarşılanır” deyə cavab veriblər.

Qeyd edək ki, Esseksdəki “The Bell Hotel” qarşısında keçirilən aksiyadan sonra etirazların sayı artıb. Norviçdə keçirilən nümayiş zamanı iki nəfər saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
3
modern.az

4Mənbələr