AZ

Şəmkir sakini Rusiya-Ukrayna müharibəsində həlak olub

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Şəmkir sakini həlak olub.

APA-nın yerli bürosunun məlumatına görə, Şəmkir şəhərində anadan olmuş, Rusiya vətəndaşı 1989-cu il təvəllüdlü Rasim Kazımov may ayında gedən döyüşlər zamanı həlak olub.

O, bu ilin fevral ayında Rusiya ilə Ukrayna arasında gedən döyüşlərə qatılıb. Mərhumun yaxınları APA-ya bildirilib ki, Rasim Kazımovun həlak olması ilə bağlı onlara 1 gün əvvəl məlumat verilib.

Rasim Kazımovun meyitinin yaxın günlərdə Şəmkirə gətirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Rusiya-Ukrayna döyüşlərində həlak olan Rasim Kazımov subay olub.

Seçilən
33
12
apa.az

10Mənbələr