AZ

“Apple” “Siri” üçün “Gemini”nin süni intellektindən istifadə etmək istəyir

“Apple” şirkəti “Google” ilə “Siri” səs köməkçisinin yenilənmiş versiyası üçün “Gemini”nin süni intellektindən istifadə etmək üçün danışıqlar aparır.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.

“Apple” “Google”a 2026-cı ildə “Siri”nin yeni versiyasının əsasını təşkil edəcək fərdiləşdirilmiş süni intellekt modelinin hazırlanmasını təklif edib və şirkət təklifə müsbət cavab verib.

“Apple” hələ “Siri” üçün öz modelindən istifadə etmək və ya tərəfdaşla əməkdaşlıq etmək barədə qərar verməyib. Belə ki, bu ilin əvvəlində “Apple”, onların “Claude” və ya “ChatGPT” modellərinin “Siri” üçün beyin ola biləcəyini qiymətləndirmək üçün “Anthropic PBC” və “OpenAI” ilə əməkdaşlıq haqqında danışıqlar aparıb.

“Google” və “Apple” arasında mümkün tərəfdaşlıq xəbərləri fonunda hər iki şirkətin səhmləri artıb: “Google” 2,9% artaraq 205,46 dollara, “Apple” isə 1,4% artaraq 227,95 dollara çatıb. “Apple” 2025-ci ilin yazında “Siri”ni yeniləməyi planlaşdırıb, lakin texniki problemlərə görə yeniləməni bir il təxirə salıb.

Seçilən
35
2
report.az

3Mənbələr