London polisi həftəsonu keçiriləcək “Notting Hill” karnavalı ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirib.
Publika.az xəbər verir ki, əməliyyatlar çərçivəsində 100 nəfər saxlanılıb. 11 odlu silah və 40-dan çox bıçaq müsadirə edilib.
Saxlanılanlardan 21-i həbsxanada qalıb, 266 nəfər isə şərti azadlıq və ya polis zəmanəti şərtlərinə əsasən tədbirdən uzaq durmaları barədə xəbərdar ediliblər.