AZ

“Necə oldu ki, 70 min erməni Razdan stadionuna gedib Zeynəb Xanlarovanı dinləyirdi?.."

"Nədir, alnımıza yazılıb ki, biz ömür boyu Rusiyanın vassalı olmalıyıq və həyatımız fəlakətli nəticələrlə üzləşməlidir? Bizə həmişə ikinci dərəcəli insanlar kimi münasibət göstərilib…”
 
“Nə qədər bir-birimizi döyəcəyik? Yüz il düşmənçilik içində yaşamışıq, nə əldə etdik? Bir vassal dövlətin tərkibində qalmağımı?.. Necə oldu ki, 70 min erməni Razdan stadionuna gedib Zeynəb Xanlarovanı dinləyirdi, səhərdən axşama qədər erməni radiosunda Azərbaycan musiqisi səslənirdı, hələ də Rusiya Federasiyasında ermənilər və azərbaycanlılar evlənir, 70 il bir-birimizi hörmət etmişik və sevmişik - bir anda düşmən olduq? Amma bu, dəyişdirilə bilməyəcək bir şey deyil»
 
Moderator.az xəbər verir ki, bu fikirləri “Haykakan Jamanak” nəşrinə müsahibəsində erməni müğənni-bəstəkar Riçard Madlenyan ifadə edib. 
 
Madlenyan hesab edir ki, ermənilər uzun illər açıq və aşkar şəkildə onlara xəyanət edən bir ölkə ilə- Rusiya ilə əməkdaşlıq edib. 
 
Onun sözlərinə görə, heç bir müsbət irəliləyiş görünmədiyi üçün həmin ölkəyə ümid bəsləmək mənasızdır.
 
"Nədir, alnımıza yazılıb ki, biz ömür boyu Rusiyanın vassalı olmalıyıq və həyatımız fəlakətli nəticələrlə üzləşməlidir? Bizə həmişə ikinci dərəcəli insanlar kimi münasibət göstərilib. Nə qaldı? Gəlin kartlarımızı dəyişib digər fövqəldövlətlə əməkdaşlıq etməyə və onun himayəsi ilə sülh müqaviləsi imzalamağa çalışaq", - erməni sənətkar belə deyib.
Madlenyan Azərbaycanla dinc yanaşı yaşamağa inanıb-inanmadığı sualına cavab olaraq qeyd edib ki, hər bir cəmiyyətlə savadlı işlədikdən sonra dəyişmək, sülhə doğru getmək olar. Onun fikrincə, bu strategiya düzgündür...
 
“Rusiya dəyişikliyə asanlıqla uyğunlaşacaqmı” sualına isə cavabında Madlenyan belə deyib: «Əlbəttə, Rusiyadan qurtulmaq asan olmayacaq, çünki biz 100 il onun tərkibində olmuşuq. O, Cənubi Qafqazı əlindən buraxmamaq üçün hər şeyi edəcək.»
 
Eyni zamanda, Madlenyan təəssüflə vurğulayır ki, erməni cəmiyyətinin əhəmiyyətli bir hissəsi Rusiyaya Allahdan çox inanır.
 
O, vaxtaşırı müxtəlif məsələlərdə mövqeyini dəyişən siyasi xadimləri nəzərdə tutaraq deyib: 30 ildə 10-20 dəfə mövqelərini dəyişiblər, mən başa düşmək istəyirəm, bu nədir — siyasi manevr, tərzmi, nə? Bəs prinsiplər haradadır? Artıq danışıq mənasını itirib, nə deyildiyini eşitmək istəmirəm”.
 
Son olaraq, erməni ifaçı əlavə edib: «Xalqı “zek”, heyvan deyirlər. Təəccüblənirəm ki, bütün bunları eşidib görən insanlar hələ də köhnələr ilə yol getmək istəyir.”
 
S.Laçın
 
Seçilən
40
moderator.az

1Mənbələr