AZ

Günəşdə güclü partlayış baş verib

Alimlər bu gün Günəşdə “M” sinifli alışma qeydə alıblar.

 

Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

 

“Avqustun 22-də Bakı vaxtı ilə saat 22:51-də rentgen diapazonunda 72 dəqiqə davam edən “M1.7” (S18E87) məşəli qeydə alınıb”, - alimlər bildiriblər. Eyni zamanda, proqnozlara əsasən, avqustun 23-də maqnit sahəsinin sakit keçəcəyi gözlənilir.

 

Günəş alovları rentgen şüalanma səviyyəsinə görə beş kateqoriyaya bölünür: A, B, C, M və X. Minimum sinif A0.0 Yer orbitində hər kvadrat metrə 10 nanovat olan radiasiya gücünə uyğundur. Növbəti sinfə keçərkən güc 10 dəfə artır.

Tarix: 23 Avqust 2025, 08:32   
Seçilən
29
27
pravda.az

10Mənbələr