AZ

Milli Qəhrəmanın oğlu bu universitetdə oxuyacaq — FOTO

Milli Qəhrəman Şükür Həmidovun oğlu Nurlan Həmidli tələbə adını qazanıb.

Modern.az xəbər verir ki, o, Türkiyənin Eskişehir Osmanqazi Universitetinə qəbul olub. 

Nurlan təhsilini biznesin təşkili və idarəolunması ixtisasında (türkçə: işletme) davam etdirəcək.

Qeyd edək ki, Milli Qəhrəman Şükür Həmidov 22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Məlumat ilk olaraq "unikal" saytı yayıb.

    Seçilən
    66
    5
    demokrat.az

    7Mənbələr