AZ

Nazir icazəsiz balıq tutdu, xəbərdarlıqla qurtuldu

David Lammy lisenziyasız balıq ovladı – 2.500 funtluq cərimədən xəbərdarlıqla qurtuldu

Tribunainfo.az “Sky News”a istinadla xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri David Lammy ABŞ-ın vitse-prezidenti JD Vance ilə birlikdə balıq ovuna çıxarkən lisenziya olmadan ov etdiyi üçün Ətraf Mühit Agentliyi tərəfindən rəsmi xəbərdarlıqla kifayətləndirilib.

Hadisə avqustun 8-də Kentdəki Chevening iqamətgahında baş verib. Nazir özü agentliyə müraciət edərək inzibati səhvə yol verdiyini etiraf edib. Lammy balıq tuta bilməsə də, Vance və uşaqları daha uğurlu olub və tutduqları balıqları gölə qaytarıblar.

Qanunvericiliyə görə, İngiltərə və Uelsdə 13 yaşdan yuxarı hər kəs balıq ovlamaq üçün xüsusi lisenziyaya malik olmalıdır. Qaydanı pozanlara 2.500 funt-sterlinqədək cərimə tətbiq edilir.

Ətraf Mühit Agentliyi bildirib ki, Lammy-yə qarşı məhkəmə işi açılmayacaq:
“Balıq ovuna çıxan hər kəs lisenziya almalıdır. Cənab Lammy-yə isə xəbərdarlıq məktubu göndərilib.”

Xarici İşlər Nazirliyi isə məsələnin bağlandığını açıqlayıb:
“İnzibati səhlənkarlıq üzə çıxan kimi nazir agentliyə müraciət edib və gələcəkdə belə halın təkrarlanmaması üçün lazımi lisenziyaları alıb.”

İmran Kərimli

Seçilən
46
tribunainfo.az

1Mənbələr