Milli Qəhrəman Şükür Həmidovun oğlu Nurlan Həmidli tələbə adını qazanıb.
O, Türkiyənin Eskişehir Osmanqazi Universitetinə qəbul olub.
Nurlan təhsilini biznesin təşkili və idarəolunması ixtisasında (türkçə: işletme) davam etdirəcək.
Qeyd edək ki, Milli Qəhrəman Şükür Həmidov 22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Məlumat ilk olaraq “unikal” saytı yayıb.