AZ

İyul ayında Türkiyədən Türkmənistana hazır geyim ixracı 1 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Zeynəb Raminqızı

Türkiyə 2025-cü ilin iyul ayında Türkmənistana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz azalaraq, 1 milyon 406 min 24 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Türkmənistana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artaraq, 11 milyon 301 min 23 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz azalaraq, 9 milyard 704 milyon 946 min dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 1 milyard 584 milyon 768 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 4,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 17 milyard 270 milyon 748 min dollar məbləğində hazır geyim ixrac edib.

Seçilən
44
17
turkic.world

10Mənbələr