Bakı.Trend:
Kür çayında balıq və digər su bioloji resurslarının məhv olmasıfaktı ilə bağlı araşdırma aparılır
Trend xəbərverir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyiməlumat yayıb.
Bildirilib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi(ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə DövlətNəzarəti Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirlərizamanı Kür çayının Azərbaycan Respublikasına daxil olan hissəsindəbalıq və digər su bioloji resurslarının məhv olması faktı aşkaredilib.
SİMDNX-dən verilən məlumata görə, qeyd olunan hallarla əlaqədarolaraq, Xidmət tərəfindən ilkin araşdırmalara başlanılıb. Sözügedənərazidən su nümunələri götürülərək analizlərin aparılması üçünMərkəzi Laboratoriyaya təqdim edilib.
Qeyd edilib ki, Analizlərin nəticələri əldə olunduqdan sonraictimaiyyətə əlavə məlumat veriləcək.