AZ

Cüdo üzrə Olimpiya çempionları Xankəndi şəhərinə səfər ediblər (FOTO)

Xankəndi.Trend:

Cüdo üzrə Olimpiya çempionları Xankəndi şəhərinə səfər ediblər.Olimpiya çempionları Elnur Məmmədli, Hidayət Heydərov və ZelimKotsoev səfər çərçivəsində şəhər sakinləri ilə görüşüb, buradaaparılan tikinti-quruculuq işləri ilə yaxından tanış olublar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatagörə, qonaqlar əvvəlcə Qarabağ Universitetini ziyarət ediblər.Onlara bu ali təhsil ocağının yaranma tarixi və fəaliyyəti barədəməlumat verilib.

Daha sonra idmançılar Xankəndi stadionuna baş çəkib, buradagörülən tikinti işləri ilə maraqlanıblar.

Bildirilib ki, yaxın vaxtlarda stadionun yenidənqurma prosesibaşa çatdırılacaq.

Qeyd edək ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”çərçivəsində işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi,mədəni və idman həyatının bərpası istiqamətində ardıcıl tədbirləricra olunur.Xatırladaq ki, dövlət başçısı 2024-cü ilin idmanyekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı idmançıların azadedilmiş torpaqlara səfərlərinin gənclər və uşaqlar üçün böyükəhəmiyyət daşıyacağını vurğulamışdı. Prezidentin bu çağırışınaqoşulan idman ictimaiyyəti nümayəndələrinin səfərləri Gənclər vəİdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilir.Qeydedək ki, proqram çərçivəsində Olimpiya çempionlarımızın Şuşa,Laçın, Füzuli və Ağdama da səfərləri və yerli sakinlərlə görüşləriplanlaşdırılıb.

Cüdo
Cüdo
Cüdo
Cüdo
Cüdo
Cüdo
Seçilən
88
16
az.trend.az

10Mənbələr