AZ

3 deputatın övladı TƏLƏBƏ OLDU

Dövlət İmtahan Mərkəzi 2025/2026-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib. Universitetə daxil olan yüzlərlə tələbələr arasında deputatların da övladları var. 

News24.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, deputatlar Rövşən Muradov, Vüqar Rəhimzadə və Elnarə Akimovanın övladları bu il tələbə adını qazananlar siyahısındadır. 

Rövşən Muradov saytımıza açıqlamasında bildirib ki, qızı 546,2 bal toplayıb: "Arzusu tibb Universitetinə girmək idi. Ancaq dövlət sifarişli əsasında psixologiyaya ixtisasına qəbul olunub”.

Vüqar Rəhimzadənin oğlu Fuad Rəhimzadə də tələbə adını qazananlar arasındadır. Deputatın övladı Bakı Dövlət Universitetinin Biznesin idarə olunması (əyani) ixtisasına daxil olub.

Elnarə Akimovanın kiçik oğlu Bakı Dövlət Universitetinin Geologiya fakültəsinə daxil olub. O, dövlət sifarişi əsasında ali təhsil alacaq. Qeyd edək ki, deputatın böyük oğlu Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisasında oxuyur. 


Seçilən
94
27
news24.az

10Mənbələr