“Arsenal”ın qapıçısı Karl Hayne icarə əsasında “Verder”ə keçib.
Publika.az xəbər verir ki, transfer icarə əsasında reallaşıb. Müqavilə 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub.
23 yaşlı estoniyalı ötən mövsüm “Valyadolid”də icarə əsasında çıxış edib və La Liqada 32 oyuna çıxıb.