AZ

Yasamalda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

bakı.Trend:

Paytaxtın Yasamal rayonunda qəsdən adam öldürmə faktı ilə bağlıcinayət işi başlanıb

Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, avqustun 23-də paytaxtın Yasamal rayonuərazisində 1988-ci il təvəllüdlü İradə Muradovanın ölməsi barədərayon prokurorluğuna məlumat daxil olub.İlkin araşdırmalarla1977-ci il təvəllüdlü Emin Ağacanovun aralarında yaranmış mübahisəzamanı tanışı İradə Muradovanı qəsdən öldürməsinə əsaslı şübhələrmüəyyən edilib.

Qeyd edilib ki, faktla bağlı rayon prokurorluğunda CinayətMəcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işibaşlanıb. Emin Ağacanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Məlumatda bildirilib ki, Hazırda istintaq davam edir.

Seçilən
44
20
az.trend.az

10Mənbələr