Türkiyənin Diyarbəkir vilayətinin mərkəzi Yenişehir rayonunda torpaq mübahisəsi zəminində baş verən silahlı davada 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
İki ailə arasında baş verən münaqişədə yaralılardan biri hadisə yerində, digəri isə xəstəxanada vəfat edib. Digər 4 nəfərin müalicəsi davam edir.
Hadisə ilə bağlı 13 şübhəli saxlanılıb.
Ağarza Elçinoğlu