AZ

Ramil Səfərovun həyat yoldaşı BDU-dakı işindən AYRILDI - FOTO

Bakı Dövlət Universitetinin (BDU) rektorunun müşaviri Şəbnəm Səfərova işindən ayrılıb.

Bizim.Media modern.az-a istinadla xəbər verir ki, polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı universitetdəki fəaliyyətini sonlandırıb.

O, BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri vəzifəsində çalışırdı.

Şəbnəm Səfərovanın işdən ayrılma səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Ş.Səfərova bu vəzifəyə 2023-cü il yanvar ayında təyin edilib.


Bizim.Media

Seçilən
12
19
bizim.media

10Mənbələr