BAKI, 23 avqust. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa hədiyyə edib.
Teleqraf xəbər verir ki, Kreml rəhbəri amerikalı həmkarına Alyaskada çəkdirdikləri birgəşəkli göndərib.
"New York Times"-ın yazdığına görə, D.Tramp hədiyyədən çox məmnun qalıb və şəkli “şərəf və hörmət əlaməti” adlandırıb.
ABŞ Prezidenti rusiyalı həmkarının 2026-cı ildə ABŞ-də keçiriləcək futbol üzrə dünya çempionatına qatılacağına ümid etdiyini bildirib. Ukrayna mövzusuna gəlincə, Tramp deyib ki, vəziyyət “yaxın iki həftə ərzində” aydınlaşacaq.