AZ

Gürcüstan DTX-nin rəisi istefa verib

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Anri Oxanaşvili istefa verib, yeni vəzifəyə təyin olunub.

“İki sahil” xəbər verir ki, o, Baş nazir Kobaxidze ilə məsləhətləşmələrdən sonra istefa verdiyini açıqlayıb.

İstefa verən Anri Oxanaşvili Gürcüstan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri təyin edilib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Oxanaşvili baş nazirin müşaviri kimi hökumət administrasiyasında analitik işlər aparacaq və ölkənin təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək.

“Bildiyiniz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Anri Oxanaşvili bu vəzifədən istefa verib. Qısa müddət ərzində xidmət zamanı bir çox mühüm dəyişikliklər həyata keçirilib və şəxsən onun əməyini yüksək qiymətləndirirəm. Hazırda isə baş nazirin müşaviri kimi analitik işlər aparacaq”, – Kobaxidze bildirib.

Baş nazir qeyd edib ki, regiondakı mürəkkəb və çətin vəziyyət, ABŞ və Avropa İttifaqı ilə münasibətlər, həmçinin ölkənin qarşısında duran təhlükəsizlik problemləri analitik yanaşma tələb edir. Bu baxımdan, Oxanaşvilinin vəzifəsi informasiyanın işlənməsi və milli təhlükəsizliklə bağlı tövsiyələrin hazırlanmasıdır.

Seçilən
15
11
ikisahil.az

10Mənbələr