AZ

Azərbaycanın daha bir güləşçisi dünya çempionatında medal qazandı

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

Operativ Media xəbər verir ki, yunan-Roma güləşçimiz Fəraim Mustafayev bürünc medal qazanıb.

67 kq çəki dərəcəsində mübarizə aparan Fəraim Mustafayev 3-cü yer uğrunda görüşdə yaponiyalı Takaku Suzukiylə üz-üzə gəlib. 5:4 hesabı ilə qalib gələn idmançımız dünya üçüncüsü olub.

Qeyd edək ki, bu gün daha bir yunan-Roma güləşçimiz medal qazanıb.

Seçilən
90
1
operativmedia.az

2Mənbələr