AZ

Lerikdə torpaq sürüşməsi BAŞ VERDİ: Yaşayış evi təhlükə altındadır - FOTO

Lerik rayonunun Çayrud kəndində torpaq sürüşməsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon sakini İnşəllah Mirzəyevin həyətində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları istinad divarı tikərkən iri torpaq layları qoparaq evin ətrafına doğru hərəkət edib.

Hadisə zamanı evə ziyan dəyməsə də, mütəxəssislər burada yaşamağın riskli olduğunu bildiriblər.

İnşəllah Mirzəyev bildirib ki, ərazidə planlaşdırılan qabaqlayıcı tədbirlər təxirə salınıb.

Evin hər an torpaq sürüşməsi nəticəsində uçmaq təhlükəsi var.


Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
1
2
bizim.media

3Mənbələr