AZ

“Qarabağ” - “Ferensvaroş” matçına nə qədər bilet SATILIB?

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” - “Ferensvaroş” (Macarıstan) matçına böyük maraq var.

Bizim.Media xəbər verir ki, satışa çıxarıldığı 2 gün ərzində 28.800 minə yaxın bilet artıq satılıb.

Hazırda ən bahalı sayılan 300 manatlıq sektorlara daha çox yer qaldığı bildirilir.

Xatırladaq ki, “Qarabağ” “Ferensvaroş”a səfərdə ilk matçda 3:1 hesabı ilə qalib gəlib. Cütün qalibi Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanacaq.

Cavab oyunu avqustun 27-si, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və yerli vaxtla saat 20:45-də başlanacaq.

Bizim.Media

Seçilən
3
2
bizim.media

3Mənbələr