AZ

Pakistan və Banqladeş arasında birbaşauçuşlar bərpa edilir

Pakistan və Banqladeş arasında birbaşa uçuşlar təxminən 5 illik fasilədən sonra bərpa edilir.

Avtosfer.az-ın məlumatına görə, bu barədə “Report” Pakistan mətbuatına istinadən xəbər verir.

Banqladeş Mülki Aviasiya İdarəsi (CAAB) Pakistanın iki aviadaşıyıcısı - “Fly Jinnah” və “AirSial” tərəfindən Kəraçi və Dəkkə arasında birbaşa sərnişin reyslərinin həyata keçirilməsinə rəsmi icazə verib.

Bu icazə 2018-ci ildən dayandırılan hava əlaqəsinin bərpasına yol açır.

Seçilən
49
5
avtosfer.az

6Mənbələr