AZ

Günel Gözəlovaya yeni vəzifə verildi

Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olunub.

"Cebheinfo.az"  xəbər verir ki, bu haqda onun yaxınları sosial şəbəkələrdə yazıb.

Belə ki, G. Gözəlova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Media və Kommunikasiya Şöbəsinin Multimedia sektorunun müdiri vəzifəsinə gətirilib.

Qeyd edək ki, “Lider TV”dən tanınan aparıcı daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Mətbuat Xidmətinin rəhbəri kimi fəaliyyətini davam etdirib. 

"Cebheinfo.az" 

Seçilən
23
5
cebheinfo.az

7Mənbələr