AZ

Belçikada ABŞ-dən idxaldan imtina etmək üçün soya istehsalına başlanılıb

Belçikanın Şərqi Flandriya bölgəsi, bahalı azot gübrələrinin istifadəsini tələb etməyən və ABŞ-dən idxalından imtinaya imkan verəcək soya paxlalarının istehsalını həyata keçirmək üçün böyük bir layihə başladıb.

"Report"un məlumatına görə, bu barədə "VRTnws" nəşri məlumat verib.

"Məqsəd soyanı Belçika Flandriyasında gəlirli və davamlı məhsula çevirməkdir. Hazırda soya, əsasən, ABŞ və Latın Amerikasından idxal edilir. Onun əsas üstünlüyü zülalla zəngin olması və havadan azot udduğu üçün gübrə tələb etməməsidir", - nəşrin istinad etdiyi Flandriya Biotexnologiya İnstitutundan izah ediblər.

VRTnws-in məlumatına görə, belçikalı alimlər krallığın iqlim şəraitinə ən davamlı və mümkün şaxtaları dözə biləcək 320 soya sortunu sınaqdan keçirirlər.

Seçilən
51
4
report.az

5Mənbələr