AZ

Azərbaycan millisində çıxış etmiş oyunçu yeni klub tapdı

Azərbaycan millisində çıxış etmiş basketbolçu Saadettin Donat “Abşeron Lions”la anlaşıb.

Sportinfo.az xəbər verir ki, oyunçu qarşıdakı bir mövsüm ərzində paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

Ötən mövsümü “Sumqayıt”da keçirən Donat hər oyuna orta hesabla 11.5 ribaundla çıxış edib.

Basketbolçu Azərbaycana gəlməmişdən əvvəl Türkiyədə "Qalatasaray", "Türk Telekom", "TED Ankara Koleji", "Çağdaş Bodrumspor" və "Sığortam Net" komandalarında oynayıb.

Seçilən
82
25
sportinfo.az

10Mənbələr