AZ

Moldova tarixində ilk dəfə olaraq özünün milli təyyarəsini istehsal edib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kişineu, 24 avqust, AZƏRTAC

Moldova özünün ilk milli təyyarəsini istehsal edib.

AZƏRTAC xəbər verir ki, Moldova Mülki Aviasiya Administrasiyasının yaydığı məlumata görə, bu ölkədə tam yığılmış “Vans RV-7A” təyyarəsi sınaq uçuşlarını reallaşdırıb. Bu, ölkənin aviasiya sənayesi üçün tarixi məqamdır.

Təyyarənin təqdimatında Moldova Prezidenti Maya Sandu da iştirak edib.

“Vans RV-7A” təyyarəsi kommersiya məqsədləri olmayan idman, istirahət və şəxsi təlim uçuşları üçün nəzərdə tutulub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
3
azertag.az

4Mənbələr