Abşeron rayonunda faciəvi hadisə baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində yerləşən yaşayış kompleksində qeydə alınıb.
Belə ki, azyaşlı uşaq binanın 8-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib. İlkin məlumata görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.