AZ

ABŞ Ukraynaya qoşun göndərməyəcək - Cey Di Vens

Yazını böyüt
Yazını kiçilt

ABŞ administrasiyası Ukrayna ərazisində münaqişə başa çatdıqdan sonra öz qoşunlarını bu əraziyə yerləşdirməyəcək.

Bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens "CBC" telekanalına müsahibəsində bildirib.

"Prezident Tramp bunu açıq şəkildə izah edib: Biz Ukraynaya qoşun göndərməyəcəyik. Lakin biz ukraynalıların hərbi əməliyyatların dayandırılmasına razılıq verməyə imkan verəcək təhlükəsizlik zəmanətlərini almasını təmin etmək üçün çox çalışmaqda davam edəcəyik", - deyə o qeyd edib.

Bundan əlavə, Vens bu şərtlərin Rusiya Federasiyası üçün də məqbul olmasının vacibliyini qeyd etdi.

Seçilən
105
17
hafta.az

10Mənbələr