Misli Premyer Liqasında 2-ci turun daha 1 qarşılaşması oynanılıb.
Offsideplus.az xəbər verir ki, günün son oyununda "Turan Tovuz" "Araz-Naxçıvan"ı qəbul edib. Görüş Tovuz şəhər stadionunda yeniləmə işləri davam etdiyi üçün "Azərsun Arena"da baş tutub.
Kurban Berdıyevin yetirmələri mövsümə qələbə ilə başlayıb. Naxçıvan təmsilçisi isə səfərdə "Zirə" ilə heç-heçə edib - 1:1.
Bu komandalar ötən mövsümü 3 və 4-cü yerlərdə bitirib. "Araz-Naxçıvan" 58 xalla 3-cü, "Turan Tovuz" isə 55 xalla 4-cü yer olub.
Misli Premyer Liqası, II tur
24 avqust 19:30. “Turan Tovuz ” – “Araz-Naxçıvan” (1:2)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Azərsun Arena”
Qollar: Şarl Boli (38'), Ba-Muaka Simakala (53), Alexandro Serrano (78' - pen.)
Heyətlər:
"Turan Tovuz": 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev (k), 2. Abdulla Rzayev, 5. Roderik Miller, 99. Vadji İbrahima, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 19. Roberto Olabe, 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 77. Veysəl Rzayev, 9. Sadiq Şəfiyev, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos
"Araz-Naxçıvan": 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 6. Patrik Andrade, 29. Vanderson Melo (k), 23. Nuno Rodriqes, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 17. İssuf Paro, 7. Hamidu Keyta, 77. Bruno Franko, 19. Bar Kohen