AZ

İsmayıllıda dağlıq ərazidə yanğın

İsmayıllı rayonunun Əhən kəndi yaxınlığındakı dağlıq ərazidə yanğın hadisəsi baş verib.

Azreform.info xəbər verir ki, alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı və İsmayıllı rayonlarından canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə nəzarət altına alınıb və söndürülüb.

Hadisənin səbəbləri araşdırılır.

Seçilən
53
13
azreform.info

10Mənbələr