BAKI, 25 avqust. TELEQRAF
İsrail hərbi hava qüvvələrinin Yəmən ərazisinə son zərbəsi bütün ərəb dövlətlərinin suverenliyinin pozulmasıdır.
Teleqraf xəbər verir ki, bu fikri Fələstinin HƏMAS hərəkatının rəhbərliyi ifadə edib.
"İsrailin Yəmənə qarşı təcavüzü beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması və bütün ərəb ölkələrinin suverenliyinə qəsddir", - hərəkatın “Telegram” kanalında dərc edilmiş məlumatda deyilir.
HƏMAS bütün ərəb və İslam ölkələrini Yəməni dəstəkləməyə çağırıb və "Ənsar Allah" (husilərin) üsyançı hərəkatının tərəfdarlarına İsrailə qarşı yönəlmiş fəaliyyətlərinə görə təşəkkür edib.