AZ

Vüsalın komandası Albaniya çempionatına qələbə ilə başladı

Albaniyada yeni mövsümün futbol üzrə Superliqasının start turunda bir sıra oyunlar keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” doğma meydanda “Voru”nu qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 1:0.

İsgəndərli bütün oyunu meydanda keçirib və 47-ci dəqiqədə sarı vərəqə alıb.

Seçilən
60
6
sportinfo.az

6Mənbələr