AZ

ABŞ-da insanda ət milçəyi sürfələri ilə ilk yoluxma halı aşkar edilib

Amerikalı həkimlər ABŞ-da ət milçəyinin sürfələri ilə insanda ilk yoluxma hadisəsini qeydə alıblar.

APA xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, infeksiya Merilend ştatına Qvatemaladan gələn şəxsdə aşkarlanıb.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin və Merilend Səhiyyə Departamentinin nümayəndələri agentliyə bu məlumatla bağlı açıqlama verməkdən imtina ediblər.

Qeyd edək ki, ət milçəyi sürfələri mal-qara və digər istiqanlı heyvanların əti ilə qidalanır.

Xəstəlik ilkin olaraq Mərkəzi Amerikada və Meksikanın cənubunda qeydə alınıb, bundan sonra parazitlər digər bölgələrə yayılıb.

Seçilən
42
3
apa.az

6Mənbələr