Bakı. Trend:
Hindistanın Uttar Pradeş ştatında zəvvarları daşıyan traktorunkonteyner yük maşını ilə toqquşması ağır nəticələnib.
Trend xəbər verirki, bu barədə ANI agentliyi polisə istinadən məlumat yayıb.
Hadisə nəticəsində azı 8 nəfərin öldüyünü, 40 nəfərin isəyaralandığını bildirib.
Bütün yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Qəzanın mümkün səbəbləri barədə hələlik məlumataçıqlanmayıb.