AZ

Tramp daha bir ştata qoşun göndərməyi təklif edib

ABŞ prezidenti Donald Tramp Merilend ştatının qubernatoru Ues Mura cinayətlə mübarizə üçün ştata ordu göndərməyi təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu fikri “Truth Social” şəbəkəsində yazıb.

“Əgər Ues Murun Kaliforniya qubernatoru Gevin Nyusomun Los-Ancelesdə etdiyi kimi köməyə ehtiyacı olarsa, o zaman mən qonşu Vaşinqtonda olduğu kimi oraya qoşun göndərəcəyəm və tez bir zamanda cinayətkarlıqdan qurtulacam”, - o yazıb.

Tramp qeyd edib ki, Merilend ştatının Baltimor şəhəri qətllərin sayına görə ölkədə dördüncü yerdədir.

Seçilən
49
4
bakivaxti.az

10Mənbələr