AZ

Bakıda və Abşeron yarımadasında havada toz normanı 1,5 dəfə üstələyib

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, havadakı tozun miqdarı normanı 1,5 dəfə keçib. Bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva məlumat verib.

Onun sözlərinə görə, müşahidə olunan toz transsərhəd xarakter daşıyır və cənub-şərq istiqamətindən daxil olan hava axınları ilə ölkə ərazisinə yayılıb.

"Tozlu hava şəraitinin gün ərzində meteoroloji amillərdən asılı olaraq davam edəcəyi gözlənilir," —  Allahverdiyeva bildirib.

Seçilən
18
50
anews.az

10Mənbələr