AZ

İran Rusiya qazının Azərbaycan üzərindən nəqlinə başlayacaq

"İran ümid edir ki, Rusiya qazının Azərbaycan üzərindən nəqlinə yaxın gələcəkdə başlamaq mümkün olacaq, "Qazprom"la, demək olar ki, bütün məsələlər artıq həll olunub".
 
Moderator.az-ın xəbərinə görə, bu sözləri TASS-a müsahibəsində İranın Rusiyadakı səfiri Kazem Cəlali müvafiq sualı cavablandırarkən deyib.
 
"Biz ümid edirik ki, bu, yaxın gələcəkdə baş verəcək. Hazırda "Qazprom"la danışıqlar aparırıq, praktiki olaraq, bütün məsələlər artıq həll olunub. Amma qiymətlə bağlı ümumi razılığa gəlmək lazımdır. Əgər bu məsələ də həll olunsa, o zaman hər şey işə salınacaq", - deyə o bildirib.
 
Daha əvvəl isə Rusiyanın energetika naziri Sergey Sivilyov Rusiya və İran arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 18-ci iclası zamanı bildirmişdi ki, Rusiya qazının mövcud infrastruktur vasitəsilə Azərbaycan ərazisindən ilk nəqlinə 2025-ci ildə başlanacaq, həcmi ildə 1.8 milyard kubmetr təşkil edəcək.
Seçilən
17
3
moderator.az

5Mənbələr