İran ümid edir ki, Azərbaycan üzərindən Rusiya qazının tədarükü yaxın vaxtlarda başlayacaq.
Marja xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali TASS-a bildirib.
Onun sözlərinə görə, İran tərəfi hazırda "Qazprom" ilə danışıqlar aparır və demək olar ki, bütün məsələlər həll olunub. Yalnız qiymət məsələsi qalıb; bu məsələnin də həllindən sonra tədarük prosesinin başlanacağı gözlənilir.
Daha əvvəl Rusiya Energetika naziri Sergey Çivilev, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 18-ci iclasında bildirib ki, mövcud infrastruktur vasitəsilə Rusiya qazının Azərbaycan üzərindən tədarükünə artıq 2025-ci ildə başlanacaq və illik həcmin 1,8 milyard kubmetr təşkil edəcək .
Xəbərdə qeyd edilib ki, bu addım, İranın enerji sahəsindəki ehtiyaclarını qarşılamaq və regional enerji təhlükəsizliyini gücləndirmək məqsədini daşıyır. Azərbaycanın mövcud qaz infrastrukturunun istifadəsi, bu tədarükün həyata keçirilməsini mümkün edir.