Yazını böyüt
Yazını kiçilt
Bu gün Baş Mil kanalına suyun verilməsi dayandırılacaq.
Hafta.az xəbər verir ki, buna səbəb 2 aya yaxındır ki Füzuli rayonunun Kərimbəyli kəndində suda batan Nihad Nağızadənin axtarışıdır.
Qeyd edək ki, 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadənin iyunun 26-da su kanalında batdığı ehtimal edilir. Həmin vaxtdan onun axtarışına Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunsa da, hələlik bir nəticə əldə olunmayıb.
Qeyd edək ki, N.Nağızadə orta məktəbin 10-cu sinif şagirdi idi.