AZ

Payızlıq əkin üçün 320 ton taxıl toxumu alınır

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi fermerləri payızlıq əkinlər üçün toxumla təmin etmək məqsədilə 320 ton taxıl toxumu alır. Bunun üçün "Naxçıvan Aqroservis" xətti ilə 200 ton buğda, “Naxçıvan Toxumçuluq" xətti ilə 120 ton buğda və arpa toxumu alınması nəzərdə tutulub.

Muxtar Respublikanın Kənd Təsərrüfatı Nazirliyindən Marja.az-a bildirilib ki, Naxçıvanda 17 min hektara yaxın sahədə payızlıq əkinlər aparılır. Alınan toxumlar fermerlərin Naxçıvanın iqliminə uyğun olan, yüksək reproduksiyalı və məhsuldar toxuma olan tələbatının müəyyən hissəsini qarşılamağa imkan verəcək.

“Fermerlər bir çox halda öz əkinlərindən saxladıqları toxumları əkirlər, bu da aşağı məhsuldarlığa, su və vəsait itkisinə səbəb olur. Toxum alınması ilə yanaşı, biz hazırda toxumçuluğun inkişafı, Naxçıvanın iqliminə və suvarma imkanlarına uyğun toxumların yetişdirilməsi və toxumçuların formalaşması istiqamətində iş aparırıq. Yerli fermerlər arasında toxumçuların yetişməsi bölgənin iqliminə uyğun, ənənəvi məhsulların yüksək reproduksiyalı toxumlarının əldə edilməsinə imkan verəcək,” – nazirlikdən məlumat verilib.

NaxçıvanMuxtarRespublikasıKəndTəsərrüfatıNazirliyiFermerlərPayızlıqəkinlərToxumToxumalınmasıNaxçıvanAqroservisNaxçıvanToxumçuluqBuğdaArpaƏkinSahələriReproduksiyalıToxumMəhsuldarToxumToxumçuluqİnkişafıSuvarmaİmkanlarıYerliFermerlərƏnənəviMəhsullarİqliməUyğunToxumFormalaşma
Seçilən
12
8
marja.az

9Mənbələr