AZ

"Respublika Perinatal Mərkəzi”indəki yanğınla bağlı direktor və şöbə rəislərinin məhkəməsi baş tutub

Bakı.Trend:

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınlabağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrəməhkəmənin növbəti prosesi baş tutub.

Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdəFiruzə Məmmədova ifadə verib.

O, bildirib ki, təqsirləndirilən şəxsləri tanıyır:

“Hadisə günü işdə olmamışam. Bizim şöbəmiz 2 otaqdan ibarət idi.Lakin sonra otaq sayı 4 oldu. Lakin iş əsasən, 2 otaqda olurdu.Hadisədən son bir ilədək uşaq sayı 14 olurdu. Sonradan uşaq sayıçoxalmağa başladı. Mən 18 uşağa baxırdım. İş ağırlığı ilə baölıMehriban Abasquliyeva bildirsək də, bizə qapını göstərirdi. Uşaqçoxluğundan elektik uzadıcısından istifadə edirdik. Həminuzadıcılar özü də üç, beş yuvadan ibarət olurdu. Bəzən həminuzadıcılara da uzadıcı qoşulurdu. Hətta paneldə açıq hissələr varidi. Məni və digər tibb bacılarını elektrik vurmuşdu. Rəhbərliyəbildirsək də nəticə olmurdu”.

Şahidin ibtidai istintaqa verdiyi ifadə elan edilib. Şahidməhkəmədəki ifadəni təsdiq edib.

Daha sonra şahid qismində mərkəzdə tibb bacısı vəzifəsindəçalımış Günel Həsənova ifadə verib.

O, bildirib ki, təqsirləndirilən şəxsləri tanıyır və mərkəzdəiki il fəaliyyət göstərib:

“Əvvəllər Yenidoğulmuşların intensiv terapiya bölməsində ikiotaq fəaliyyət göstərirdi. Mehriban Abasquliyeva direktor təyinedildikdən sonra otaq sayı 4 oldu. Hətta bu sayı 6 etməkistəyirdilər. İş çox ağır idi. Otaq və xəstə sayı çox, amma işçi azidi. Bununla bağlı biz rəhbərliyə, o cümlədə Mehriban Abasquliyevabildirmişdik. Mehriban Abasquliyeva A4 vərəqi və qapını göstərərək“Kim istəyirsə, ərizəsini yazıb yazıb işdən çıxa bilər, qapıaçıqdır”,- deyirdi. Mərkəzdə uşaq həddindən artıq çox idi. İşağırlığından su belə içməyə vaxt olmurdu ”.

Daha sonra şahid qismində İlahə Nuriyeva ifadə verib:

“İş yükümüz çox ağır idi. Əvvəl həm otaq, həm də uşaq sayı azidi. Lakin otaq sayı 4 olduqda işimiz çox ağırlaşdı. Tibb bacısı azidi. Bununla bağlı rəhbərliyə məlumat versək də, bir xeyri olmadı.Otaqda əvvəllər küveyz sayı 3-dək olurdu. Lakin sonradan bu say4-dən artıq oldu. Panellərə uzadıcı qoşurduq. Həmçinin panellərdəaçıq olan hissələr var. Bizi “tok” vururdu. Rəhbərliyə məıumatversək də, tədbir görülümürdü”.

Növbəti proses sentyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika PerinatalMərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3(yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki vədaha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıqiki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayətişi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğunİstintaq idarəsinə tapşırılıb. İstintaqla müəyyən olunub ki,Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiyaşöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyidördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci iltarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənintibbi təminat resursları və potensialını nəzərə almadan xəstəqəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisəninelektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəbolmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindənMərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları,xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiyaqurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmamasıvə elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinəbildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya vəintensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və DəstəkXidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradanqaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban AbasquliyevaCinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifəsəlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyiqaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünəsəbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsindəişləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərəkonlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "RespublikaPerinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqamHacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarovazərərçəkmiş qismində tanınıb.

Seçilən
17
10
az.trend.az

10Mənbələr