Bakı. Trend:
"Çıraq-1” və "Çıraq-2” kiçik su elektrik stansiyalarında (KSES)indiyədək istehsal edilən elektrik enerjisinin həcmi məlumolub.
Trend EnergetikaNazirliyinə istinadən xəbər verir ki, ümumi gücü 8,33 MVt olmaqla,hər biri 4,165 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılıderivasiya tipli “Çıraq-1” KSES-də istismara verildiyi tarixdəniyulun 1-dək 51 milyon kVt-st elektrik enerjisi istehsaledilib.
Hər biri 3,0 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət ümumi gücü6,0 MVt olan basqılı derivasiya tipli “Çıraq-2” KSES-də isə bu iliniyul ayınadək 40,4 milyon kVt-st elektrik enerjisi istehsaledilib.
Xatırladaq ki, 2023-cü ilin 25 avqust tarixində Kəlbəcər rayonununTərtər çayı üzərində yerləşən “Çıraq-1” və Qaraarxac çayıüzərindəki “Çıraq-2” kiçik su elektrik stansiyaları istismaraverilib.
Qeyd edək ki, kiçik su elektrik stansiyalarında ekoloji cəhətdəntəmiz "yaşıl enerji" istehsal olunur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta