futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Portuqaliya millisinin sabiq futbolçusu Uqo Almeydanın yeni iş yeri məlum olub.
Futbolpress.az xəbər verir ki, o, Türkiyə təmsilçisi “Hatayspor”a baş məşqçi təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.
Almeyda ötən mövsüm “Bodrum” klubunda məşqçilik edib.
Uqo futbolçu karyerasında “Portu”, “Beşiktaş”, “Hannover” kimi klublarda çıxış edib. O, Portuqaliya yığmasında 57 oyunda 19 qol vurub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.