AZ

Qarabağ ın cavab oyununu fransalı hakimlər idarə edəcək

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakıda "Qarabağ" və "Ferentsvaroş" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.

"Unikal" xəbər verir ki, qarşılaşma Fransadan olan hakimlər briqadasına həvalə edilib.

Görüşü FIFA referisi Clément Turpin idarə edəcək.

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 3:1.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
5
unikal.az

10Mənbələr