Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, Bakıda keçirilən “Qarabağ” – “Ferensvaroş” matçı Fransadan olan hakimlər briqadasına həvalə edilib. Görüşü FIFA referisi Clément Turpin idarə edəcək.
“Qarabağ” – “Ferensvaroş” matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.