AZ

Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək » AzadMedia.az



Bakıda "Qarabağ" və "Ferentsvaroş" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.

Qarşılaşma Fransadan olan hakimlər briqadasına həvalə edilib.

Görüşü FIFA referisi Clément Turpin idarə edəcək.

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 3:1.
Seçilən
87
5
azadmedia.az

10Mənbələr