Əjdər Cəfərov Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri təyin olunub.
Cəfərov Əjdər Xosrov oğlu 2011–2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışmışdır. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.
Əjdər Cəfərov üç Olimpiya Oyunlarında hakimlik etmişdir:
2010 – Sinqapur Yeniyetmələrin Yay Olimpiya Oyunları
2012 – London Yay Olimpiya Oyunları
2014 – Nanjing Yeniyetmələrin Yay Olimpiya Oyunları
Uğurları və təltifləri:
2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
2012-ci ildə Beynəlxalq Güləş Federasiyası (FILA) tərəfindən güləş qaydalarının dünyada təbliğinə görə yüksək mükafata layiq görülmüşdür.
2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilmişdir.
2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında güləş yarışlarının beynəlxalq koordinatoru vəzifəsini icra etmişdir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta