AZ

"Qarabağ" - "Ferensvaroş" oyununun hakimləri açıqlandı

style='margin-bottom:10px;'>

"Qarabağ"ın Çempionlar Liqasının pey-off mərhələsində "Ferensvaroş"la cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

QOL.az xəbər verir ki, görüş Fransadan olan hakimlər briqadasına tapşırılıb.

Matçı məşhur FİFA referis Kleman Tyurpen idarə edəcək. Ona yan xətt hakimləri qismində Nikolya Danos və Aleksis Auqer köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Romen Lissorq yerinə yetirəcək.

VAR Jerom Brizara, AVAR Nicolya Renvilə həvalə olunub.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Ferensvaroş” oyunu avqustun 27-si yerli vaxtla saat 20:45-də başlanacaq. Bu komandalar arasında ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Seçilən
88
5
teleqraf.com

6Mənbələr